DİVERSEY Suma Grill D9

Qrillərin və peçlərin üzərində/içərisində olan bişmiş yağların təmizlənməsi üçün maddə 0,75 lt (840 qr)

Fırın / İzgara təmizliyi:

  1. Tətbiq ediləcək səthin temperaturunun 80°C-dən aşağı olduğuna əmin olun (optimal temperatur 60–80°C).
  2. Məhsul avadanlığın və ya səthin üzərinə sprey şəklində birbaşa tətbiq edilir.
  3. Çirklənmə dərəcəsindən asılı olaraq 5–30 dəqiqə gözlənilir.
  4. Yumşalmış çirklər fırça vasitəsilə təmizlənir.
  5. Səth isti, təmiz su ilə yaxalanır və qurumağa buraxılır.

Fritöz (qızartma tavası) təmizliyi:

  1. Yağ boşaldılır və drenaj kranı bağlanır.
  2. Fritöz yağ səviyyəsinə qədər su ilə doldurulur.
  3. Hər 10 litr suya 0,5–1 litr Suma Grill D9 əlavə edilir (5–10% konsentrasiya). Doldurulacaq suyun miqdarı nəzərə alınmalıdır.
  4. Fritöz işə salınır və 15–30 dəqiqə nəzarət altında qaynadılır.
  5. Soyuduqdan və boşaldıldıqdan sonra fritözün içərisində qalan çirklər fırça və ya pad vasitəsilə təmizlənir.
  6. İsti, təmiz su ilə yaxalanır və qurumağa buraxılır.

İzgara aspiratorunun təmizliyi:

  1. Izgara sökülərək hissələrə ayrılır.
  2. Hər 1 litr isti suya 50–100 ml Suma Grill D9 (5–10% konsentrasiya) əlavə edilərək hazırlanan məhlula bütün hissələr batırılır.
  3. 15–60 dəqiqə gözlənilir.
  4. Təmiz su ilə yaxalanır və qurumağa buraxılır. 
 
 
 

Oxşar Məhsullar
Taski Jontec NO1 F1C
Çirk və cila təmizləyici maddə, 20.8 kg

Dozaj

Minimum:

  • 10 litr məhlul üçün 1 litr məhsul (10% nisbətində – 1:10).
  • Sərt və qalın çöküntülər üçün konsentrasiyanı 25%-ə qədər artırın.
İstifadə qaydası:

Məhsulu su ilə doldurulmuş çənə əlavə edin. Məhlulu səthə bərabər şəkildə tətbiq edin və kifayət qədər təsir göstərməsi üçün 5–10 dəqiqə gözləyin (məhlulun səthdə qurumasına imkan verməyin).

Daha sonra yaşıl pad ilə təchiz edilmiş təkdiskli döşəmə yuyan maşın vasitəsilə döşəməni ovun və çirkli məhlulu yaş vakuumla yığın. Məhsul qalıqlarını təmizləmək üçün döşəməni nəm mopla silin. Yenidən örtük tətbiq etməzdən əvvəl döşəmənin tam qurumasını gözləyin.

Məhsul yüksək konsentrasiyada istifadə edildikdə, ovma əməliyyatına ehtiyac olmaya bilər.

Çətin əlçatan sahələr üçün mop və vedrə ilə 25%-lik məhlul hazırlayın, 10 dəqiqə təsir etməsini gözləyin, sonra çirkli məhlulu yaş vakuum vasitəsilə yığın. Yaxalama tələb olunmur.

 

  • Yalnız soyuq sudan istifadə edin.
  • Məsaməli döşəmələrdə tətbiqdən sonra səthi bol su ilə yaxşıca yaxalayın.
  • Məhsulu mantar və taxta döşəmələr kimi qələviyə həssas səthlərdə istifadə etməyin.
  • Asfalt tipli döşəmələrdə istifadə etməyin.
  • Taxta, boyalı və digər qələviyə həssas səthlərə məhsul sıçradıqda, dərhal nəm parça ilə silin.
  • İstifadədən əvvəl məhsulun səthlə uyğunluğunu görünməyən kiçik bir sahədə yoxlayın.
Göstərici Dəyər
Görünüş Şəffaf sarımtıl maye
Nisbi sıxlıq (20°C) 1.00
pH (birbaşa) 13.5 – 14.0
pH (10%-li məhlul) 12 ± 0.5
Təsir müddəti 5 dəqiqə
Clax 100 S 2BL1

Ləkə və yağları həll edən maye tərkibli yuyucu vasitə, 19kg

 

Dozaj miqdarı yuma proqramına və yuyulan çamaşırın növünə görə dəyişir.

Tövsiyə olunan dozaj:

 

Çirklənmə səviyyəsi Dozaj (ml/kq quru çamaşır)
Yüngül 1.5 – 3.0
Orta 3.0 – 6.0
Güclü 5.0 – 12.0


DİVERSEY Room Care R9 Plus
Tualet və hamamda kirəc daşların təmizlənməsi üçün maddə (konsentrat) (1.5kq)
DİVERSEY Taski R5-Plus
Hava təmizləyici 1,5 lt (1,5 kq)
×